Zaxarova Ermənistanın Azərbaycanla sərhədə qoşun yığmasına münasibət bildirib

Zaxarova Ermənistanın Azərbaycanla sərhədə qoşun yığmasına münasibət bildirib
# 03 aprel 2024 15:48 (UTC +04:00)

“Biz Azərbaycanla Ermənistan sərhədindəki vəziyyətə qiymətimizi vermişik. KİV vasitəsilə tərəfləri gərginliyin de-eskalasiyasına çağırmışıq”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Azərbaycanla sərhədə qoşun yığması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

O, KİV-in bu məsələdə konstruktiv rol oynamasının vacib olduğunu söyləyib.

“Bakı ilə İrəvan arasında olan bütün ərazi mübahisələri və iddiaları istisnasız olaraq siyasi-diplomatik metodlarla, sərhədlərin delimitasiyası ilə bağlı ikitərəfli komissiya çərçivəsində həll olunmalıdır. Biz öz tərəfimizdən buna hər cür yardımı göstərməyə hazırıq. Hesab edirik ki, Rusiya, Azərbaycan və Ermənistan arasında olan üçtərəfli mexanizmin ritmik işinin bərpasının zamanı çoxdan gəlib. Tərəfdaşları bu formatın bərpa etmək üçün siyasi iradə göstərməyə çağırırıq”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova əlavə edib ki, Avropa İttifaqı və ABŞ-dən fərqli olaraq Rusiya hər zaman Cənubi Qafqazda dayanıqlı sülhün və çiçəklənmə ilə bağlı mövcud fikir ayrılıqlarının hər zaman kompleks və kompromis qaydada nizamlanmasının tərəfdarı olub.

“Təkliflərimiz danışıqlar masası üzərində qalır”, - rusiyalı diplomat fikrini yekunlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR