Zaxarova: İrəvan Bakı ilə sülh müqaviləsi üzrə danışıqların Vaşinqtonda, Brüsseldə keçirilməsinə can atır

Zaxarova: İrəvan Bakı ilə sülh müqaviləsi üzrə danışıqların Vaşinqtonda, Brüsseldə keçirilməsinə can atır
# 22 noyabr 2023 16:37 (UTC +04:00)

İrəvanın Qərbdən kömək gözləməsi fiaskoya uğrayıb.

APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib.

Zaxarova qeyd edib ki, cari ilin sentyabr, oktyabr və noyabr aylarında Ermənistan həm Moskvada, həm də çoxtərəfli tədbirlər çərçivəsində danışıqlar aparmağa dəvət olunub, Rusiya hələ də bu təklifə tam aydın cavab almayıb.

XİN rəsmisi vurğulayıb ki, rəsmi İrəvan Bakı ilə sülh müqaviləsi üzrə danışıqların Vaşinqtonda, Brüsseldə keçirilməsinə can atır.

Onun fikrincə, ABŞ və Avropa İttifaqı bir sıra məlum səbəblərə görə vicdanlı vasitəçi sayıla bilməz. Onların məqsədi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır və hərəkətləri buna xidmət edir.

“Ermənistana göndərilən təkliflərə baxanda bu, göz qabağındadır - danışıqlar hələ də dondurulub”, - deyə Zaxarova bildirib.

Rusiya XİN sözçüsü həmçinin əlavə edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hazırkı şəraitdə regional sabitliyin təmin edilməsi baxımından mühüm rol oynamağa qadirdir.

Zaxarovanın sözlərinə görə, Təşkilatın monitorinq missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi Aİ missiyasından fərqli olaraq Ermənistanın təhlükəsizliyinin təmin edilməsində mühüm amilə çevrilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR