“Petkim” daxili komitələrinin rəhbərlərini müəyyənləşdirib

“Petkim” daxili komitələrinin rəhbərlərini müəyyənləşdirib
# 06 iyun 2018 07:33 (UTC +04:00)

SOCAR-ın Türkiyədəki ən iri aktivlərindən biri olan "Petkim Petrokimya Holding A.Ş."nin ("Petkim") daxili komitələrinin rəhbərlərini müəyyənləşdirib.

APA-Economics”in məlumatına görə, bu barədə şirkət Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında məlumat yayıb.

Məlumatda bildirilir ki, Kapital Bazarları Şurasının qərarına əsasən Korporativ İdarəetmə, komitələr və onların üzvləri müəyyən olunub. “Audit Komitəsinin sədri Mehmet Ceylan, komitənin üzvü Tevfik Bilgin, Korporativ İdarəetmə Komitəsinin sədri Tevfik Bilgin, üzvləri Vaqif Əliyev, Fərrux Qasımov, Neslihan Tonbul və Mustafa Çağatay, Risk Komitəsinin sədri Mehmet Bostan, üzvləri Vaqif Əliyev və Süleyman Qasımov təyin edilib,” – deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR