Gürcüstanda koronavirusa yoluxanların sayı 707 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 707 nəfərə çatıb
# 19 may 2020 21:06 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 707 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Qeyd olunub ki, ölkədə koronavirusa görə 3914 nəfər karantində saxlanılır, 340 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 456 nəfər sağalıb, 12 nəfər isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Virusun sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə martın 21-də ölkədə fövqəladə vəziyyət rejimi elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR