Peruda mikroavtobus yarğana düşüb, 15 nəfər ölüb

Peruda mikroavtobus yarğana düşüb, 15 nəfər ölüb
# 12 mart 2017 22:11 (UTC +04:00)

Peruda ağır yol qəzası qeydə alınıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Ankaş regionunda dağlıq yolda sərnişin mikroavtobusu yarğana düşüb.

Hadisə nəticəsində azı 15 nəfər ölüb. İlkin versiyaya görə, qəzaya səbəb yağıntılı hava şəraiti olub.

Qəza baş verdikdə mikroavtobusda 22 nəfər olub. 7 sərnişinin taleyi naməlum olaraq qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR