Tovuzda 15 yaşlı yeniyetmə ehtiyatsızlıqdan qardaşını qətlə yetirib

Tovuzda 15 yaşlı yeniyetmə ehtiyatsızlıqdan qardaşını qətlə yetirib
# 20 aprel 2017 17:39 (UTC +04:00)

Tovuzda qətl hadisəsi törədilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, qətl hadisəsi rayonun İbrahimhacılı kəndində qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü İsmayılov İbrahim Şaiq oğlu ehtiyatsızlıq nəticəsində 16 mm çaplı tüfənglə açdığı atəşlə qardaşı, Rusiya vətəndaşı 1995-ci il təvəllüdlü İsmayılov Sərxan Şaiq oğlunu qətlə yetirib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR