Masazır və Ceyranbatan qəsəbələrində yerüstü piyada keçidlərinin inşası yekunlaşıb

Masazır və Ceyranbatan qəsəbələrində yerüstü piyada keçidlərinin inşası yekunlaşıb
# 14 iyul 2017 10:24 (UTC +04:00)

Masazır qəsəbəsindən keçən 13,7-ci və Ceyranbatan qəsəbəsindən keçən 27-ci km-lik hissələrində metal konstruksiyalı yerüstü piyada keçidlərinin inşası yekunlaşıb.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, hər iki ərazidə keçidlərin inşası başa çatdırılaraq son tamamlanma, dizayn işləri görülür.

Masazır qəsəbəsi ərazisindəki 1 aşırımlı yerüstü piyada keçidinin uzunluğu 53 m, pilləkan hissələr də daxil olmaqla ümumi uzunluğu 81,4 m-dir. Ceyranbatan qəsəbəsində inşa edilən 2 aşırımlı yerüstü piyada keçidinin uzunluğu 40,5 m, pilləkən hissələr də daxil olmaqla ümumi uzunluğu isə 69 m təşkil edir.

Metal konstruksiyalı piyada keçidləri dəmir-beton dayaqlar üzərində qurulub. Üstü açıq olan keçidlərin yol səthindən hündürlüyü 5,5 m təşkil edir, qalereyasının eni isə 3 m-dir.

“Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan işlər çərçivəsində hər iki keçidin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq, sərnişin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılacaq, ərazidə lazımi yol nişanları quraşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR