Tovuzda avtomobil piyadanı vurub.
APA-nın qərb bürosunun veridyi məlumata görə, hadisə Bakı-Qazax yolunun Tovuz rayonu, Düzqırıxlı kəndi keçən hissəsində qeydə alınıb.
"VAZ" markalı avtomobil yolu keçmək istəyən Qazax rayonu, Çaylı kənd sakini, 1956-cı il təvəllüdlü Alim Qocayevi vurub. O, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. A.Qocayevə dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Tovuz rayon Polsi Şöbəsində araşdırma aparılır.