Çavuşoğlu: "Münaqişənin Azərbaycanın qəbul etdiyi həll formulunu dəstəkləyirik"

Çavuşoğlu: "Münaqişənin Azərbaycanın qəbul etdiyi həll formulunu dəstəkləyirik"
# 20 dekabr 2017 09:28 (UTC +04:00)

"Ermənistan həm suçlu, həm güçlü. Bu ölkə Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Xocalı faciəsi ortadadır. Biz münaqişənin Azərbaycanın qəbul etdiyi həll formulunu dəstəkləyirik".

APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O bildirib ki, Ermənistan qonşuları ilə necə davranmalı olduğunu bilməlidir: "Ermənistana şərt irəli sürdük ki, işğal edilmiş torpaqları azad edəcək və bundan sonra münasibətlər normallaşacaq. Ermənistan tərəfindən verilən açıqlamaların bizim üçün heç bir hökmü yoxdur".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR