Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə gedib

Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə gedib
# 14 may 2018 09:12 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti bu gün Türkiyənin İstanbul şəhərinə səfər edib.

MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğolu APA-ya bildirib ki, nümayəndə heyətinə Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasındakı ( QDİƏT PA) nümayəndə heyətinin rəhbəri, deputat Eldar Quliyev, parlamentin Aparat rəhbəri Səfa Mirzəyev və bir sıra rəsmi şəxslər daxildir.

Mayın 17-ə qədər davam edəcək səfərin məqsədi QDİƏT PA üzv ölkələri spikerlərinin sammitində iştirak etməkdir.

Səfər zamanı O. Əsədovun sammitdə çıxışı və bir sıra ölkə nümayəndə heyətləri rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR