Qvatemala sahillərində 5,2 bal gücündə zəlzələ baş verib

Qvatemala sahillərində 5,2 bal gücündə zəlzələ baş verib
# 04 iyun 2018 19:14 (UTC +04:00)

Qvatemala sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Çamperiko şəhərindən 105 km cənub-qərbdə, ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Qeyd edək ki, Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR