Kanadada avtobus qəzasında xəsarət alanların hamısı Çin vətəndaşlarıdır - YENİLƏNİB

Kanadada avtobus qəzasında xəsarət alanların hamısı Çin vətəndaşlarıdır - <span style="color: red;">YENİLƏNİB
# 05 iyun 2018 04:51 (UTC +04:00)

Kanadanın Ontario ştatında baş verən yol qəzasında xəsarət alanların hamısı Çin vətəndaşlarıdır.

APA-nın məlumatına görə, bu barədə CBC telekanalı xəbər verib.

Məlumata əsasən, qəza zamanı turist avtobusunda 37 çinli turist olub. Onlardan 24-ü müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib, 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

Qəza Ottavadan 100 km cənubda yerləşən Preskot şəhəri yaxınlığında qeydə alınıb. Naməlum səbəbdən avtobus yoldan çıxaraq xəndəyə düşüb. Hadisənin səbəbləri araşdırılır.

***

02:30

Kanadanın Ontario əyalətində ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, bu barədə CTV xəbər verib.

Məlumata əsasən, sərnişin avtobusu yoldan çıxaraq xəndəyə düşüb. Qəza nəticəsində azı 24 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR