Somalidə 27 silahlı məhv edilib

Somalidə 27 silahlı məhv edilib
# 05 iyun 2018 02:22 (UTC +04:00)

Somalidə 27 “Əş-Şəbab” silahlısı məhv edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Somali hökuməti ilə koordinasiya daxilində ABŞ qüvvələri Bosaso şəhəri yaxınlığında hava zərbəsi endirərək 27 “Əş-Şəbab” silahlısını məhv edib.

“Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

“Əş-Şəbab” 2008-ci ildə ABŞ Dövlət Departamentinin beynəlxalq terror təşkilatları siyahısına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR