Lavrov: "Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 30 faiz artıb"

Lavrov: "Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 30 faiz artıb"
# 07 iyun 2018 13:06 (UTC +04:00)

"Ermənistan XİN başçısı ilə danışıqlarımız konstruktiv və müttəfiq ölkələrin ruhuna uyğun keçdi".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Zohrab Mnatsakanyanla keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Rusiyalı nazir görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət sahəsində əlaqələri müzakirə etdiklərini söyləyib: "Rusiya Ermənistanın aparıcı ticarət tərəfdaşı olaraq qalır. İki ölkə arasında ötən il ticarət dövriyyəsinin həcmi 30 faiz artıb".

S.Lavrov Rusiya və Ermənistan arasında hərbi-texniki sahədə əməkdaşlığın bundan sonra da davam edəcəyini vurğulayıb.

Z. Mnatsakanyan isə çıxışında Ermənistan hökumətinin Rusiya ilə əməkdaşlığın möhkəmləndirilməsi sadiq olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR