SOCAR ətraf mühitə dəymiş ziyanın aradan qaldırılmasına xərclədiyi vəsaiti 24% azaldıb

SOCAR ətraf mühitə dəymiş ziyanın aradan qaldırılmasına xərclədiyi vəsaiti 24% azaldıb
# 14 iyun 2018 11:24 (UTC +04:00)

2017-ci ildə SOCAR ətraf mühitə dəymiş ziyanın aradan qaldırılmasına 58 mln. manat xərcləyib.

"APA-Economics" SOCAR-ın 2017-ci il üzrə konsolidə olunmuş maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-cı ilin sonuna bu rəqəm 76 mln. manat təşkil edib.

Beləliklə, dövlət şirkəti tərəfindən ətraf mühitə dəymiş ziyanın aradan qaldırılmasına çəkilən xərc ötən il ərzində 23,7% və ya 18 mln. manat azalıb.

Sənədə əsasən, SOCAR-ın karbohidrogen ehtiyatların hasilatı ilə məşğul olduğu ərazilərdə ətraf mühitə dəymiş ziyanın aradan qaldırılması ilə öhdəliyi var. Hasilatın əksəriyyəti Abşeron yarımadasında cəmləşdiyindən çirklənmə məhz burada baş verir.

Dövlət şirkətinin menecmenti mütəmadi olaraq ətraf mühitə dəymiş ziyanın aradan qaldırılmasına çəkilən xərcin məbləğini nəzərdən keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR