Bakıda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB-1

Bakıda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb  - <span style="color: red;">YENİLƏNİB-1
# 12 iyul 2018 09:58 (UTC +04:00)

Bakıda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb.

Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.

Onun sözlərinə görə, məlum qəza nəticəsində 1 nəfər ölüb, xəsarət alan 19 nəfər həkimə müraciət edib. Həkimə müraciət edənlərdən 13 nəfəri ilkin tibbi yardımdan sonra evə buraxılıb, 6 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

R. Quliyev həmçinin qeyd edib ki, baş vermiş hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq tədbirləri davam etdirilir.

***

09.33

Qaradağ rayonunda baş vermiş ağır yol qəzası nəticəsində bir nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov APA-ya bildirib ki, ölən şəxs qadındır. Qadın hadisə yerindəcə dünyasını dəyişib.

Ümumilikdə xəstəxanalara xəsarət alan 17 nəfər müraciət edib. Xəsarət alanlardan 8 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanların vəziyyəti stabildir.

09.06

***

Qaradağ rayonunda ağır yol qəzası baş verib.

APA-nın xəbərinə görə, bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində yük maşını 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb. Bundan sonra avtobus aşıb.

Ölən və xəsarət alanların olduğu bildirilir.

Hazırda Dövlət Yol Polisi İdarəsinin və Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerində arşadırma aparır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-ya bildirib ki, hadisə barədə bir qədər sonra məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR