İranlı jurnalistlər Azərbaycana gəlir

İranlı jurnalistlər Azərbaycana gəlir
# 09 oktyabr 2014 11:24 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. İranın müxtəlif iri media qurumlarında çalışan bir neçə jurnalistin Azərbaycana qrup şəklində səfəri təşkil olunacaq. Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən xəbər verilib.

Bildirilib ki, 15-17 oktyabr tarixində baş tutacaq səfər zamanı altı iranlı jurnalist Bakıda Azərbaycan Prezidentinin Administrasiyasında olacaq, PA ictimai-siyasi şöbənin müdiri Əli Həsənovla görüşəcəklər. Həmçinin qonaqların “AzərTAc”ın baş direktoru Aslan Aslanovla da görüşü gözlənilir. Daha sonra iranlı jurnalistlər bir neçə media qurumuna baş çəkərək, buradakı iş prosesi ilə tanış olacaqlar.

Qeyd olunub ki, səfər Azərbaycan-İran münasibətlərinin inkişafında medianın rolunun artırılması məqsədi ilə gerçəkləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR