Nigeriya hərbçiləri “Boko Haram”ın 25 döyüşçüsünü məhv edib

Nigeriya hərbçiləri “Boko Haram”ın 25 döyüşçüsünü məhv edib
# 20 oktyabr 2014 22:13 (UTC +04:00)

Bakı-APA. Nigeriya ordusu “Boko Haram” terror qruplaşmasının döyüşçüləri olduğu ehtimal edilən 25 şəxsi məhv edib.

APA-nın “RİA Novosti”-yə istinadən verilən xəbərə görə, hərbçilər və silahlılar arasında qızğın döyüşlər oktyabrın 19-u axşam saatlarından başlayıb. Məlumata görə, silahlılar ölkənin Bornno ştatındakı Damboa şəhərinə daxil olmağa cəhd ediblər.

Hərbçilər arasında itkilər barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR