“NİDA”çıların kassasiya şikayətinə noyabrın 5-də baxılacaq

“NİDA”çıların kassasiya şikayətinə noyabrın 5-də baxılacaq
# 20 oktyabr 2014 09:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvləri ilə bağlı verilmiş kassasiya şikayətinə baxılma vaxtı məlum olub.

Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, kassasiya şikayətinə noyabrın 5-də baxılacaq.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış iclası zamanı təqsirləndirilən şəxslərin vəkilləri prosesin istintaqla aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etmədiyindən həmin iclasın qərarından Ali Məhkəməyə şikayət edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

B. Quliyev və Ş. Novruzlu prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR