Azərbaycanlı sahibkarlar Slovakiyada keçiriləcək biznes foruma dəvət olunur

Azərbaycanlı sahibkarlar Slovakiyada keçiriləcək biznes foruma dəvət olunur
# 23 sentyabr 2013 09:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Slovakiyada VII Əməkdaşlıq Yarmarkası çərçivəsində biznes-forum təşkil olunacaq.

APA-Economics”in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, bu il noyabrın 20-də Slovakiyanın Bratislava şəhərində VII Əməkdaşlıq Yarmarkası çərçivəsində biznes-forum keçiriləcək.

Biznes-forum mühəndislik, maşınqayırma, enerji, qida, elektrotexnika, kimya, infrastruktur, İKT və digər sahələr mövzularına həsr olunacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR