TRT türk dünyasının sənətçiləri üçün “Türkcəvizyon” festivalı keçirəcək

TRT türk dünyasının sənətçiləri üçün “Türkcəvizyon” festivalı keçirəcək
# 09 sentyabr 2013 11:19 (UTC +04:00)

Bakı – APA. TRT türk dünyasının sənətçilərini Dənizli şəhərində keçiriləcək “Türkcəvizyon Festivalı”nda bir araya gətirəcək. TRT-nin Bakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, bu il say etibarilə dördüncüsü təşkil olunacaq festivala Orta Asiya və Balkanlardan 21 ölkə qatılacaq. Azərbaycanı sənətçi Tünzalə Ağayeva təmsil edəcək.

Dostluq və musiqinin yeni pəncərəsi olan “Türkcəvizyon” festivalı sentyabrın 11-də başlayacaq. Dörd gün davam edəcək festivalda sənətçilər konsert proqramları ilə çıxış edəcəklər.

TRT-nin baş direktoru İbrahim Şahin festivalın şüarının “Bir dil, bir ürək’’ olduğunu söyləyib. O bildirib ki, tədbir xalqların bir-birini tanımaları, qaynayıb-qarışmaları, sevgi bağının yaranması və mədəniyyətlərin tanıdılmasında böyük rol oynayacaq.

Festival sentyabrın 14-də Bakı vaxtı ilə saat 23:00-da “TRT Avaz” və “TRT Müzik” kanallarında, eləcə də Azərbaycan İctimai Televiziyası da daxil olmaqla 14 ölkədə canlı yayımlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR