«Finans Lizinq» şirkəti yeni səhm emissiyasına hazırlaşır

«Finans Lizinq» şirkəti yeni səhm emissiyasına hazırlaşır
# 04 dekabr 2013 11:00 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Finans Lizinq» şirkətinin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti dövlət qeydiyyatına alınıb. Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, emissiyanın həcmi 74 min manat təşkil edir.

Bakı Fond Birjasında kütləvi üsulu ilə keçiriləcək yerləşdirmədə anderrayter rolunda «Texnika Kapital Menecment» MMC çıxış edəcək.

Bu yerləşdirmə nəticəsində şirkətin nizamnamə kapitalı 6,2% artırılaraq 1 274 000 manata çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR