«Nar Mobile» KİV işçiləri üçün xüsusi tarif hazırlayıb

«Nar Mobile» KİV işçiləri üçün xüsusi tarif hazırlayıb
# 10 may 2013 12:50 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) ölkədə fəaliyyət göstərən media nümayəndələri üçün xüsusi olaraq yeni «NarMedia» tarif planını təqdim edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «NarMedia» tarif planına qoşulan jurnalistlər öz aralarında 1 dəqiqə üçün 2 qəpik ödəməklə danışa biləcəklər. Yeni tarif planı bütün TV, radio, internet media nümayəndələri və Mətbuat Şurasında qeydiyyatdan keçmiş qəzet və jurnalların əməkdaşları üçün açıqdır.

Tarif planına qoşulmaq üçün jurnalistlər şirkətin «Nar Dünyası» mərkəzlərinə müraciət edib şəxsiyyət vəsiqəsi, jurnalist fəaliyyətini təsdiq edən vəsiqə, iş yerindən arayış (möhür, imza, ünvan, telefon və elektron poçt qeyd olunmaqla) və Mətbuat Şurasında qeydiyyat sənədini (ancaq qəzet və jurnallar üçün) təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR