“Müasir Azərbaycan poeziyası” almanaxı ingilis dilində nəşrə hazırlanıb

“Müasir Azərbaycan poeziyası” almanaxı ingilis dilində nəşrə hazırlanıb
# 10 may 2014 15:20 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. “Müasir Azərbaycan poeziyası” almanaxı ingilis dilində nəşrə hazırlanıb. APA-nın məlumatına görə, yazıçı-tərcüməçi Kamran Nəzirlinin hazırladığı almanaxda Azərbaycanın tanınmış şairlərinin şeirləri və onlar haqqında məlumatlar əksini tapıb.

Kitabın redaktoru Kanada şairi Patrik Vudkokdur. Kitabda 23 şairin, o cümlədən Azərbaycanın xalq şairləri Bəxtiyar Vahabzadə, Məmməd Araz, Fikrət Qoca, Cabir Novruz və digərlərinin şeirləri yer alıb.

Almanaxa ümumilikdə 50 şeir daxil edilib. Yeni nəşr xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinə, kitabxanalara, beynəlxalq təşkilatlara və şirkətlərə hədiyyə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR