Ötən gecə Misirdə baş verən toqquşma nəticəsində ölən və yaralananlar olub

Ötən gecə Misirdə baş verən toqquşma nəticəsində  ölən və yaralananlar olub
# 23 iyul 2013 09:17 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Ötən gecə Misirdə prezident Məhəmməd Mursi tərəfdarları və qarşı tərəf arasında baş verən toqquşmalar nəticəsində ən azı dörd nəfər ölüb, 30 nəfər yaralanıb. APA-nın “Əl-Ərəbiyyə” telekanalına istinadən yaydığı məlumata görə, qarşıdurmalar Mursinin bir neçə yüz tərəfdarının Qahirədə ABŞ səfirliyi istiqamətində yürüşü zaman baş verib. Nümayişçilər ABŞ-ın Misirin daxili işlərinə qarışmasına etirazlarını bildirmək üçün ABŞ səfirliyi istiqamətinə hərəkət edərkən Təhrir meydanında Mursi əleyhdarları ilə qarşılaşıblar. Tərəflər bir-birlərinə daş atmağa başlayıblar. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR