BMT-də ixtisar aparılacaq

BMT-də ixtisar aparılacaq
# 28 dekabr 2013 13:14 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. BMT Baş Assambleyası təşkilatın 2014-2015-ci il büdcəsini 5,5 milyard dollar həcmində təsdiqləyib. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu məbləğ ötən iki illik dövrdəki büdcədən 1% azdır. Təşkilatın tarixində ilk dəfə olaraq qurum daxilində 2% həcmində ixtisar aparılacaq və 200-dən çox vəzifə ləğv olunacaq. Üzv ölkələr 1 il müddətində kompensasiyalar və 2 il müddətində mükafatların dondurulması qərarına da gəliblər.

Qeyd edək ki, BMT-nin büdcəsi ölkələrin üzvlük haqqı hesabına formalaşır. Təşkilatın ən böyük sponsoru ABŞ-dır. Bu ölkə qurumun xərclərinin 22%-ni ödəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR