Gürcüstanın yeni baş naziri noyabrın 2-də bəlli olacaq - FOTO

Gürcüstanın yeni baş naziri noyabrın 2-də bəlli olacaq - <span style="color: red;">FOTO
# 28 oktyabr 2013 15:39 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın baş naziri Bidzina İvanişvili və yeni seçilən prezident Georgi Marqvelaşvili yerli və xarici media üçün mətbuat konfransı keçiriblər. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Bidzina İvanişvili onu baş nazir vəzifəsində kim əvəz edəcəyi barədə noyabrın 2-də açıqlama verəcəyini bildirib. O deyib ki, cümə günü “Gürcü Arzusu”nun Siyasi Şurası bu məsələni müzakirə edəcək və baş nazir postuna namizəd müəyyənləşdiriləcək: “Şənbə günü isə parlament çoxluğu ilə görüş keçiriləcək və bundan sonra baş nazir vəzifəsinə namizəd cəmiyyətə təqdim olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR