Hövsanda xəsarətlə nəticələnən yol qəzası baş verib - VİDEO

Hövsanda xəsarətlə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">VİDEO
# 13 dekabr 2014 04:43 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəza zamanı Babək Bayramovun idarə etdiyi "Mercedes"lə Mübariz Məmmədovun idarə etdiyi "BMW" toqquşub. Nəticədə Mübariz Məmmədov xəsarət alıb. O, təcili yardım vasitəsi ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya ilkin yardım göstərilib, hazırda vəziyyəti stabildir.

Qəza zamanı avtomobillər yarasız hala düşüb. Əraziyə Dövlət Yol Polisinin Suraxanı Rayon Şöbəsinin əməkdaşları gəliblər. "Mercedes"in sürücüsü Babək Bayramov içki testinə cəlb edildikdə məlum olub ki, o sərxoşdur. Bu səbəbdən B. Məmmədovun avtomobili cərimə meydançasına, özü isə ifadəsinin alınması üçün polis şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR