İran prezidentinin səfəri ilə əlaqədar Bakının bəzi küçə prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - VİDEO

İran prezidentinin səfəri ilə əlaqədar Bakının bəzi küçə prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - <span style="color: red;">VİDEO
# 11 noyabr 2014 08:56 (UTC +04:00)

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verdiyi məlumata görə, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana başlayan rəsmi səfəri ilə əlaqədar sabah saat 16.00-dan paytaxtın Yusif Səfərovi, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər, Azadlıq prospektləri, "Azneft" dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.

İdarənin sürücülərə müraciətində bildirib ki, göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR