Azərbaycanda 2 nəfər bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanda 2 nəfər bədbəxt hadisə nəticəsində ölüb
# 26 oktyabr 2015 10:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda 2 nəfər bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 24-də Kürdəmir rayonunun Köhünlü kəndində yaşayan İslam Bağırov evinin eyvanından (2-ci mərtəbə) yıxılıb. Xəstəxanaya yerləşdirilmiş İ.Bağırov oktyabrın 26-da orada ölüb.

Oktyabrın 25-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində usta işləyən Bakı şəhər sakini Müşfiq Məmmədov mağazanın damından yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR