Bakıda dənizdə batan şəxs xilas edilib

Bakıda dənizdə batan şəxs xilas edilib
# 17 avqust 2015 17:54 (UTC +04:00)

Bakı-APA. Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Türkan” sularda xilasetmə məntəqəsindən təxminən 450 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

Əməliyyat saat 19:20-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR