Hyustonda Xocalı qətliamının qurbanları anılıb - FOTO

Hyustonda Xocalı qətliamının qurbanları anılıb - <span style="color: red;">FOTO
# 21 fevral 2015 02:38 (UTC +04:00)

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə yerli Azərbaycan icmasının nümayəndələri, akademik dairələrin təmsilçiləri, Azərbaycan səfirliyinin əməkdaşları, həmçinin Türkiyə Respublikasının Hyuston şəhərindəki vitse-konsulu Abdulla Topçu iştirak edib. Tədbiri açan “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyasının (Houston-Baku Sister City Association) prezidenti və Hyustonda yerləşən Azərbaycan Mərkəzinin icraçı direktoru İradə Axundova tədbirin iştirakçılarını salamlayaraq Xocalı qətliamının hər bir Azərbaycanlı üçün tarixin ağrılı səhifəsi olduğunu, faciənin qurbanlarının xatirəsinin bütün dünya Azərbaycanlıları tərəfindən yad edildiyini qeyd edib. Bundan sonra Xocalı qətliamı barədə qısa film nümayiş etdirilib, faciənin qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Hyuston Universiteti Siyasi Elmlər Departamentinin mühazirəçisi Rayan Kennedi (Ryan Kennedy) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ və regiondakı digər münaqişələrdən danışıb, Xocalı qətliamı kimi dəhşətli faciələrin gələcəkdə baş verməsinin qarşısının alınması üçün bu münaqişələrin tezliklə həll olunması üçün beynəlxalq ictimaiyyətin səylərinin artmasının zəruriliyini qeyd edib. Bundan sonra çıxış edən Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov 1992-ci il fevral ayında Xocalıda baş vermiş dəhşətli hadisələrdən danışıb. O bildirib ki, müstəqilliyini yeni bərpa etmiş Azərbaycan Ermənistan tərəfindən təcavüzlə üzləşib, torpaqları işğal olunub. Bir milyona yaxın azərbaycanlının evlərindən didərgin düşməsinə baxmayaraq Azərbaycan son 20 ildə bütün sahələrdə böyük uğurlara nail olub, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı iqtisadi layihələr həyata keçirilib, ölkə əhalisinin yaşayış səviyyəsi artıb. Bununla bərabər diplomat ABŞ-da fəallığı ilə seçilən erməni lobbisinin son zamanlar ölkəmizin uğurlarından qıcıqlanaraq Azərbaycana qarşı fitnəkar böhtan kampaniyasına başladığını qeyd edərək bunun qarşısının alınması məqsədilə ABŞ-da yaşayan hər bir həmvətənimizin erməni yalanını ifşa etməkdə fəal olmasına çağırıb.

Tədbirə qatılmış Türkiyə Respublikasının Hyuston şəhərindəki vitse-konsulu Abdulla Topçu Türkiyə xalqının Azərbaycanlı qardaşlarının daim yanında olacağını, Xocalı dəhşətləri ağrısının Türkiyənin Azərbaycanlı qardaş və bacıları ilə bölüşdüyünü bildirib.Tədbir zamanı R.Kennedi və Azərbaycan səfirliyinin nümayəndəsi çoxsaylı sualları cavablandırıb.

Qeyd edək ki, fevralın 21-də Hyuston şəhərində Azərbaycan icması tərəfindən Xocalı qətliamına həsr olunmuş yürüşün keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR