Avropa çempionatında Azərbaycan millisinin rəqibləri bilinib

Avropa çempionatında Azərbaycan millisinin rəqibləri bilinib
# 19 noyabr 2014 10:19 (UTC +04:00)

Bakı – APA. Bu gün final mərhələsi 2016-cı ildə keçiriləcək 17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə Azərbaycan millisinin də rəqibləri bəlli olub.

Qitə birinciliyinə qatılan 47 komandadan 44-ü püşkdə 11 qrupa bölünüb. Fransa və Almaniya yüksək reytinqinə, Belarus isə meydan sahibi kimi bu mərhələdən azaddı.

Azərbaycan millisi 2015-ci ilin avqustun 1-dən oktyabrın 31-dək müddətdə keçiriləcək seçmə oyunlarda 6-cı qrupda mübarizə aparacaq. Yığmamızla eyni qrupda Gürcüstan, Çexiya, Belçika çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR