Azərbaycanın sənaye və energetika naziri Ukraynanın energetika və kömür sənayesi naziri ilə görüşüb

Azərbaycanın sənaye və energetika naziri Ukraynanın energetika və kömür sənayesi naziri ilə görüşüb
# 12 mart 2013 08:24 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanla Ukrayna arasında yanacaq-energetika sahəsində əməkdaşlıq bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə Ukraynanın energetika və kömür sənayesi naziri Eduard Stavitskinin görüşündə müzakirə olunub.

APA-Economics”in xəbərinə görə, N.Əliyev Ukrayna ilə energetika sektorunda əməkdaşlıq haqqında məlumat verib. Bildirib ki, iki ölkə arasındakı münasibətlərdə bu əməkdaşlıq mühüm yer tutur: “Azərbaycan bu əməkdaşlığı dərinləşdirmək, o cümlədən ARDNŞ-ın Ukraynadakı fəaliyyətini, yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirmək, neft bazaları yaratmaq, Ukraynanın neft emalı proseslərində iştirakını daha da genişləndirmək fikrindədir”.

Öz növbəsində E.Savitski iki ölkə arasında arasında yanacaq-energetika sahəsində əlaqələrin inkişafı üçün yeni imkanların olduğunu bildirib. Qeyd edib ki, Ukrayna Azərbaycan neftinin Avropaya, o cümlədən Çexiya, Slovakiya, Polşa və Macarıstana nəqlini təşkil edə bilər. Bundan başqa, Ukrayna neft emalı sənayesini dirçəltmək niyyətindədir. Bununla əlaqədar ölkəyə xam neft idxalının artırılması tələb olunur. Azərbaycan nefti də Ukraynanın emal sənayesi üçün xammal ola bilər.

E.Savitski deyib ki, Ukrayna tərəfi Azərbaycanda SES-lərin yenidən qurulmasında və modernləşdirilməsində iştirak etmək istəyir: “Bizim bu sahədə böyük təcrübəmiz var və onu Azərbaycanla bölüşə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR