Şahmar Mövsümov Suveren Fondların Beynəlxalq Forumunun iclasında iştirak edib

Şahmar Mövsümov Suveren Fondların Beynəlxalq Forumunun iclasında iştirak edib
# 01 oktyabr 2015 06:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sentyabrın 29-30-da İtaliyanın Milan şəhərində Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 7-ci iclası keçirilib. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, iclas zamanı SFBF üzvləri 2014-cü ildə Dohada keçirilmiş görüşdə müəyyən edilmiş öhdəliklər barəsində fikir mübadiləsi etmiş, investisiya və risklərin idarə edilməsi, daxili idarəçilik məsələləri ətrafında təcrübə mübadiləsi aparıblar. Bundan əlavə SFBF-nin yeni İdarə heyətinə yeni üzvlər seçilmiş (“Abu Dhabi Investment Authority”, “Qatar Investment Authority”, “GIC Private Limited” və “China Investment Corporation”) və 9-cu iclasın 2017-ci ildə Samruk-Kaznya ASC təfərindən Qazaxıstanda təşkil ediləcəyi elan edilib. 2016-cı ildə baş tutacaq iclas Yeni Zelandiyanın suveren fondu tərəfindən Okland şəhərində təşkil ediləcək.

SFBF Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılıb və ilk rəsmi iclasını 2009-cu il oktyabrın 8-9-da Bakıda keçirib. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR