Bakıda şirkət direktoru işçisindən polisə şikayət edib

Bakıda şirkət direktoru işçisindən polisə şikayət edib
# 07 sentyabr 2015 09:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda sürücü işlədiyi şirkətin pulunu mənimsəyib.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, “Best Comp Group” şirkətinin rəhbəri Zəka İbrahimov polisə ərizə ilə müraciət edərək bildirib ki, şirkətin sürücüsü Rəşad Babayev şirkətin meneceri Elçin Məmmədovdan 34 400 manat dəyərində 70 ədəd noutbook götürərək pulunu mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR