“Unibank” yeni kredit kampaniyasına başlayır

“Unibank” yeni kredit kampaniyasına başlayır
# 08 dekabr 2014 14:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Unibank”ın müştərilərinə hazırladığı “2015” kampaniyası 2015-ci ili hər kəs üçün “Həyata keçən arzular ili”nə çevirəcək.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu kampaniya işindən, peşəsindən asılı olmayaraq, bütün sahələrdə çalışan, rəsmi gəliri olan vətəndaşları əhatə edir. Dekabrın 8-dən 30-dək “Unibank”da 2015 manatadək bütün kreditlər komissiyasız olub. Kampaniyanın uzunmüddətli olmasında məqsəd, hər kəsin faydalanmasına şərait yaratmaqdır.

Artıq müştərilər iş yerindən arayış gətirmədən də “Unibank” filiallarına kredit almaq üçün müraciət edə bilərlər. Bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, “Unibank” “Elektron Hökümət” portalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə biləcəklər.

Qeyd edək ki, “Unibank” hazırda 38 filialı ilə həftənin 6 günü səhər saat 09.00-dan axşam 17.00-dək müştərilərinə müxtəlif bank xidmətləri göstərir. Müştərilər nahar fasilələrində belə filialların xidmətindən istifadə edə bilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR