Bakıda avtomobil ustası müştərisinin maşını ilə qəza törədib

Bakıda avtomobil ustası müştərisinin maşını ilə qəza törədib
# 08 iyul 2015 08:25 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda yol qəzası qeydə alınıb.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Nazim Xanməmməd oğlu Göyçəyev 15-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, ona məxsus “Mercedes” markalı, 90-MF-549 dövlət nömrə nişanlı maşını avtomobil təmiri sexində Səid adlı ustaya təmir üçün verib.

Səid həmin avtomobili qeyri-qanuni idarə edərkən Kürdəxanı qəsəbəsində Bakı şəhər sakini, Nərminə Namiq qızı Muradovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə toqquşub.

Nəticədə “Hyundai”-nin sürücüsünün bacısı Gülsüm Namiq qızı Muradova xəsarət alıb.

Hazırda polis ərizə üzrə araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR