Azərbaycanda gözlənilən hava şəraitinin kənd təsərrüfatına təsiri ilə bağlı xəbərdarlıq edilib

Azərbaycanda gözlənilən hava şəraitinin kənd təsərrüfatına təsiri ilə bağlı xəbərdarlıq edilib
# 16 aprel 2013 10:18 (UTC +04:00)

ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aqrometeoroloji proqnoza əsasən, aprelin 19-dək hava şəraitinin qeyri-sabit olacağı, leysan xarakterli yağışların yağacağı və temperatur rejiminin enəcəyi gözlənilir.

Bu da əksər kənd təsərrüfatı əkinlərində inkişafın sürətini nisbətən azalda, çiçəklənən meyvə ağaclarında isə güllərin tökülməsinə səbəb ola bilər. Belə hava şəraiti aran rayonlarda çiyidin, dağətəyi rayonlarda isə qarğıdalının əkinini qısa müddətə gecikdirəcək.

Lakin yağıntılar torpağın nəmlənməsini yaxşılaşdıracaq və otların boy atması üçün müsbət təsir göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR