İranla AEBA arasında növbəti müzakirələr dekabrın 13-də Tehranda keçiriləcək

İranla AEBA arasında növbəti müzakirələr dekabrın 13-də Tehranda keçiriləcək
# 10 noyabr 2012 00:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında növbəti nüvə müzakirələri dekabrın 13-də keçiriləcək. APA-nın məlumatına görə, bu barədə agentliyin mətbuat katibi Corc Veb yaydığı yazılı açıqlamasında bildirib. Açıqlamada qeyd olunub ki, İranın nüüvə proqramı ətrafında yaranmış gərginliyin həll olunması üçün Tehran şəhərində ikitərəfli müzakirələr yenidən bərpa ediləcək.
Qeyd edək ki, İranın mübahisəli nüvə proqramı ilə bağlı tərəflər arasında bu ilin may və iyun aylarında iki dəfə görüş keçirilsə də, ancaq heç bir nəticə əldə edilməyib. AEBA İrandan uranın zənginləşdirməsi prosesini dayandırmasını və bütün nüvə obyektlərinin yoxlanmasına icazə verilməsini istəyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR