Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri İran prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri İran prezidenti ilə görüşüb
# 29 aprel 2013 21:58 (UTC +04:00)

APA-nın İRİB-ə istinadən məlumatına görə, görüşdə M. Əhmədinejad iki xalq arasında dərin tarixi bağlılıqlara, iki xalqın tarix boyu bir-birinin yanında dayandığını xatırladıb: “İran Azərbaycanın inkişafını dəstəkləyir və bunun iki ölkə və digər region ölkələrinin xalqlarının mənafeyinə uyğun sayır”.

İran prezidenti Tehranla Bakı arasında qardaş əlaqələrə xələl vurmaq istəyən müəyyən düşmənləri olduğunu və onların iki ölkəni bir-birinin yanında görmək istəmədiklərini söyləyib: “Düşmənlər bütün xalqlar arasında ixtilaf olmasını, bir-birindən ayrı düşmələrini istəyirlər. Tarixi təcrübə göstərir ki, supergüclərin heç biri digər xalqların mənafelərini deyil, sadəcə öz mənafelərini düşünürlər. Onlar xalqları bir-birilərindən ayırmaq, uzaqlaşdırmaq və onlar arasında ixtilaf salmaqla xalqları zəiflədir və bununla da öz mənafelərini güdürlər. Bu baxımdan iki ölkə arasındakı qardaş əlaqələr nə qədər dərinləşərsə, düşmənçiliklər də o qədər çoxalacaq”.

M. Əhmədinejad İranla Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə və qardaşcasına olduğunu bildirib: “İran Azərbaycanın dövlət və xalqının inkişafını və hüquqlarını dəstəkləyir. İki ölkə tədbirlə və koordinasiya yolu ilə qarşılıqlı münasibətlərin gücləndirilməsi istiqamətində hərəkət etməlidirlər”.

R. Mehdiyev isə öz növbəsində Azərbaycanın İranı özünün böyük dostu hesab etdiyini vurğulayıb: “Biz geniş əməkdaşlıq qurmalıyıq və bunun üçün xeyli imkanlarımız da var”.

Prezident Administrasiyasının rəhbəri deyib ki, Azərbaycan İranın dəstəyinə böyük əhəmiyyət verir: “Biz hesab edirik iki, ölkə bir-birinin yanında olmalıdır və bir-birinə arxa olmalıdır. Güclü və səbatlı İranın Azərbaycanın yanında olmasını məqsədəuyğun sayırıq”.

Qeyd edək ki, Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev aprelin 29-da İrana səfər edib. O, səfər çərçivəsində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili və İran parlamentinin sədri Əli Laricani ilə də görüşüb. Səfər S. Cəlilinin dəvəti ilə gerçəkləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR