Bakıda şirkətdən külli miqdarda oğurluq edən qrupun digər üzvü tutulub

Bakıda şirkətdən külli miqdarda oğurluq edən qrupun digər üzvü tutulub
# 17 sentyabr 2015 08:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda şirkətdən oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Qaraçay” təmir-tikinti şirkətindən içərisində 60 min ABŞ dolları və sənəd olan seyfi quldurluq yolu ilə aparmış qrupun digər üzvü - Bakı şəhər sakini Aqşin Mustafayev tutulub, digər şəxs isə müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR