Azərbaycan və İran parlamentlərinin rəhbərləri arasında görüş olub

 Azərbaycan və İran parlamentlərinin rəhbərləri arasında görüş olub
# 12 fevral 2013 07:33 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. İran parlamentin sədri Əli Laricani İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyanın konfransı çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. APA-nın “Press TV” saytına istinadən verdiyi məlumata görə, Ə. Laricani iki ölkə arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini qeyd edib: “İran və Azərbaycan qonşu və dost ölkələrdir. Bizim ikitərəfli əlaqələrimiz inkişaf etməlidir. Tehran və Bakının çox oxşarlıqları var. İran Azərbaycanla ikitərəfli əməkdaşlığı müxtəlif səviyyələrdə genişləndirməyə hazırdır”.

MM sədri Oqtay Əsədov iki ölkə arasında münasibətlərə zərər vura biləcək addımlara yol verməmək üçün tədbirlər görməyə və belə cəhdlərə qarşı sayıq olmağa çağırıb.

O həmçinin İran və Azərbaycan arasında mövcud olan dini və mədəni oxşarlıqları qeyd edib və əlavə edib ki iki ölkə arasında əlaqələr inkişaf etməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR