ABŞ bu il Azərbaycandakı layihələrə 16,3 milyon dollar ayıracaq

ABŞ bu il Azərbaycandakı layihələrə 16,3 milyon dollar ayıracaq
# 21 fevral 2013 09:38 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. Bu il ABŞ administrasiyası Dövlət Departamenti Azərbaycandakı layihələrə 16,3 milyon dollar ayırmağı təklif edib. APA-nın məlumatına görə, ABŞ Dövlət Departamenti ötən il Azərbaycandakı layihələrə 20,8 milyon dollar ayırsa da, bu il bu məbləğ ixtisar edilib.

Qeyd edək ki, ABŞ hər il islahatların stimullaşdırılması, regional təhlükəsizliyin möhkəmləndirilməsi, əsas demokratik institutların inkişafı məqsədilə müxtəlif dövlətlərə vəsait ayırıb.

Ayrılacaq vəsaitin 4,3 milyon dolları Azərbaycanda sülh və təhlükəsizliyə dəstək, 8 milyon dolları ədliyyə sahəsi və demokratiyanın inkişafı, 4 milyon dolları ölkədə iqtisadi inkişafa dair layihələrin dəstəklənməsinə sərf olunacaq.

ABŞ digər Cənubi Qafqaz ölkələrinə də ayırdığı maliyyəni bu il azaltmaq niyyətindədir. Ötən il ABŞ-dan 85 milyon dollar yardım alan Gürcüstan bu il 68,7 milyon dollarla kifayətlənməli olacaq. Ötən il Ağ Evdən 44,3 milyon almış Ermənistana isə bu il 36,6 milyon dollar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR