Lənkəranda «Korporativ idarəetmə» mövzusunda treninq keçirilib

Lənkəranda «Korporativ idarəetmə» mövzusunda treninq keçirilib
# 19 dekabr 2012 16:15 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayan gənclər üçün “Korporativ idarəetmə” mövzusunda treninq keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, tədbirdə iştirakçılara Azərbaycanın korporativ idarəetmə standartları, korporativ idarəetmənin prinsip və metodları, şəffaflığın artırılmasında rolu, Müşahidə Şurasının və səhmdarların hüquq və vəzifələri və s. barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər və onlardan istifadə qaydaları, elektron portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR