Mexikoda Azərbaycanın Cümhuriyyət bayramı ilə əlaqədar rəsmi qəbul keçirilib - FOTO

Mexikoda Azərbaycanın Cümhuriyyət bayramı ilə əlaqədar rəsmi qəbul keçirilib  - <span style="color: red;">FOTO
# 28 may 2015 08:58 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyi tərəfindən 28 May - Respublika günü münasibətilə Mexikoda rəsmi qəbul keçirilib. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirə Meksika Senatı və Deputatlar Palatasının rəhbər heyəti, XİN və digər dövlət qurumlarının təmsilçilərindən ibarət ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, Mexikoda akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri, ölkədə yaşayan yəhudi icmasının üzvləri, media nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri qatılıb.

Mərasimi giriş sözü ilə açan səfir İlqar Muxtarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və onun Şərqin ilk demokratik respublikası olaraq dünya dövlətçilik və demokratiya tarixinə töhfələrindən, sovet hakimiyyəti illərində ölkənin əldə etdiyi nailiyyətlərdən, Böyük Vətən müharibəsində qələbənin əldə edilməsindəki xidmətlərindən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bu işğal aktının mənfi fəsadlarından, Azərbaycanın dövlət müstəqilliyinin bərpası və müasir dövlət quruculuğu yolunda aparılmış uğurlu dövlət siyasətindən – demokratik və sosial-iqtisadi islahatlardan, Azərbaycanın son iqtisadi nailiyyətləri, müstəqil enerji siyasəti və Avropanın enerji təhlükəsizliyinə töhfələrindən, habelə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli enerji, nəqliyyat və infrastruktur layihələrindən geniş danışıb.

Daha sonra tədbirdə Azərbaycanın son nailiyyətləri mövzusunda video təqdimat nümayiş etdirilib.

Tədbirdə həmçinin cari ilin aprel ayında Meksikanın 5 şəhəri (Mexiko, Puebla, Tixuana, Mexikali, Ensenada) üzrə 9 universitetinin (“ANAHUAC SUR” , ”ANAHUAC NORTE”, “IBERO”, “ITAM”, ”UDLA”, “CETYS - Mexicali”, “CETYS – Tijuana”, “CETYS – Ensenada”, “UTEL”) tələbələri arasında Mən Azərbaycan haqqında nə bilirəmmövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinə səfirliyin diplomları təqdim olunub.

Qəbulda Azərbaycanın müasir və tarixi mənzərəsini əks etdirən fotoşəkillər sərgilənib, milli mətbəx nümunələrindən ibarət ziyafət verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR