«Rabitəbank» son bir ildə xarici öhdəliklərini 12% azaldıb

«Rabitəbank» son bir ildə xarici öhdəliklərini 12% azaldıb
# 30 oktyabr 2012 13:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC-nin kredit portfelinin həcmi 2012-ci il oktyabrın 1-nə 104,774 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 23% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın qısamüddətli (12 ayadək) kreditləri 44% artaraq 51,833 mln. manat, uzunmüddətli (12 aydan çox) kreditləri 8% artaraq 52,941 mln. manat, istehlak kreditləri 51% artaraq 33,095 mln. manat olub.

Təhlil olunan dövr ərzində bankın depozit portfeli 18% genişlənərək 83,877 mln. manata, o cümlədən müddətli depozitlər 6,5% artaraq 83,877 mln. manata, tələb olunanadək depozitlər 79% artaraq 20,560 mln. manata, əhalidən cəlb edilən əmanətlər isə 6% artaraq 62,976 mln. manata çatıb.

Bu müddət ərzində bankın qiymətli kağızlara yatırdığı investisiyaların həcmi 20% artaraq 6,439 mln. manat, xarici öhdəlikləri isə 12% azalaraq 15,562 mln. manat olub.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabrın 1-nə bankın 18 filialı, 30 bankomatı, 657 POS-terminalı və 452 işçisi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR