Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı açıqlama yayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı açıqlama yayıb
# 04 may 2012 09:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 55-105, Kiçik Qafqazın çaylarında 80-140, Lənkəran-Astara bölgəsi çaylarında 35-75, Naxçıvan Muxtar Respublikasının çaylarında isə 30-35 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 400 m3/san olmaqla ongünlük normanın 56 faizini təşkil edir. (2011-ci ildə 513 m3/san olmaqla 71 faiz təşkil edirdi).

Qanıx çayının Əyriçay məntəqəsində su sərfi 167 m3/san olmaqla ongünlük normanın 84 faizini təşkil edir. (2011-ci ildə 130 m3/san olmaqla 66 faiz təşkil edirdi).

Hazırda Kür çayının aşağı axınında - Surra məntəqəsində suyun səviyyəsi 415 sm (2011-ci il mayın 4-də 731 sm), Şirvanda 319 sm (2011-ci il mayın 4-də 635 sm), Salyanda 278 sm (2011-ci il mayın 4-də 550 sm), Bankədə 247 sm (2011-ci il mayın 4-də 375 sm), Araz çayının Novruzlu məntəqəsində isə 165 sm (2011-ci il mayın 4-də 463 sm) təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR