Çin kosmik sənaye sahəsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir
05 sentyabr 2012 08:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda səfərdə olan Çin Kosmik Texnologiyalar Akademiyasının rəhbərliyi və bir sıra Çin şirkətlərini təmsil edən iş adamlarından ibarət nümayəndə heyəti ilə «Azərkosmos» ASC-də görüş keçirilib.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Çin Kosmik Texnologiyalar Akademiyası ilə «Azərkosmos» arasında gələcək əməkdaşlıq perspektivlərinə dair geniş müzakirələr aparılıb, real əməkdaşlıq imkanlarına dair müəyyən istiqamətlərlə bağlı fikir mübadiləsi aparılıb.
Çin nümayəndə heyəti Azərbaycanda kosmik sənayenin formalaşdırılması və inkişafı istiqamətində görülən işlər, hazırkı və gələcək peyk layihələri barədə, habelə «Azərkosmos» ASC-nin fəaliyyət göstərdiyi qısa müddət ərzində kosmik sənaye üzrə aparıcı xarici şirkətlər və maliyyə təsisatları ilə sıx əməkdaşlıq qurması barədə məlumatlandırılmış, 2013-cü ilin əvvəlində orbitə buraxılacaq «Azerspace-1» telekommunikasiya peykinin imkanları və xidmətləri ilə tanış edilib.
Görüşdə Çin Kosmik Texnologiyalar Akademiyasının rəhbərliyi və digər nümayəndələr «Azərkosmos»la gələcək əməkdaşlığa dair bir sıra təkliflər səsləndirib və bu əməkdaşlıq çərçivəsində «Azərkosmos» ASC tərəfindən irəli sürüləcək bütün təkliflərə müsbət baxacaqlarını bildirərək, regionda aparıcı ölkə olan Azərbaycanla sıx siyasi-iqtisadi əlaqələr qurmaqda, xüsusilə də kosmik sahə üzrə «Azərkosmos» ASC ilə iş aparmaqda maraqlı olduqlarını bəyan edib.
Görüşdə həmçinin kosmik sahə üzrə Azərbaycanda insan ehtiyatlarının və kadr potensialının inkişaf etdirilməsi məqsədilə Çin Kosmik Texnologiyalar Akademiyasının «Azərkosmos» ASC ilə təcrübə mübadiləsində iştirak etməsi təklif olunub və «Azərkosmos»un əməkdaşlarının Çində aşağıorbitli peyklər üzrə müxtəlif ixtisasartırma təlimlərində iştirak etməsi barədə razılıq əldə olunub.
Qeyd edək ki, sentyabrın 7-dək davam edəcək səfər çərçivəsində Çin nümayəndə heyəti ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, habelə Müdafiə Sənayesi Nazirliyində görüşlər keçirəcək.

İnfrastruktur
Bakıda 5 marşrut avtobusunun hərəkəti dəyişdirilir
19:01
22 may 2024
Ev təsərrüfatlarının uçotu qaydası təsdiq edilib
18:35
22 may 2024
8 Noyabr prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17:18
22 may 2024
Dünya Bankı Qara dəniz sualtı elektrik kabeli layihəsi üçün 30 milyon dollar ayırıb
15:01
22 may 2024