Serbiyanın RTS televiziyası Azərbaycanın “Eurovision” hazırlıqları haqqında reportaj hazırlayıb

Serbiyanın RTS televiziyası Azərbaycanın “Eurovision” hazırlıqları haqqında reportaj hazırlayıb
# 03 fevral 2012 14:11 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Serbiyanın RTS televiziyası Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıqlarından reportaj yayımlayıb. APA-nın “eurovision.az” saytına istinadən yaydığı xəbərə görə, RTS-in çəkiliş heyəti yanvarın 25-də “Buta Palace”da keçirilən “Eurovision-2012”nin açar təqdimetmə mərasimində iştirak edib.

Serbiya kanalının xüsusi müxbiri builki müsabiqənin digərlərindən möhtəşəmliyi ilə fərqlənəcəyini deyib. Telekanalın rəsmi internet səhifəsində müsabiqənin keçiriləcəyi “Baku Crystal Hall”, eləcə də İçərişəhər və modern Bakı barədə fotoreportaj verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR